Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili: “Poroşenkonun azadlıqda qalması səhv addım olar”

Gürcüstanın keçmiş prezidenti və Odessa bölgəsinin keçmiş rəhbəri Mixail Saakaşvili Petro Poroşenkonu azadlıqda saxlamağın səhv olacağını bildirib. Bu barədə “RİA Novosti” Ukrayna mətbuatına istinadən məlumat verib.

“Bizimyol.info” xəbər verir ki, Keçmiş qubernator Poroşenkonun Zelenskini hər tərəfdən "silkələyəcək"ini söyləyib. O, öz təcrübəsinə əsaslanaraq bildirib ki, Poroşenko azadlıqda qalsa və ona qarşı cinayət işi başlamasa, o, bu nəcibliyi qiymətləndirməyəcək.

Siyasətçi Poroşenkonun "qul psixologiyası" ilə yaşadığını, zadəganlığı zəiflik kimi qiymətləndirdiyini və imkan tapan kimi "kürəyə bıçaq saplayacaq" xislətinin olduğunu bildirib.

O, həmçinin Zelenskinin prezident kimi real həyatda üzləşəcəyi bütün çətinliklərə laiqincə sinə gərə biləcəyi düşüncəsində olduğunu deyib. Gürcüstanın sabiq prezidenti hesab edir ki, Zelenski "adi adam deyil", hər şeyi “əvvəlcədən düşünülmüş plan üzrə həyata keçirdiyini” söyləyib. Saakaşvili Ukraynanın yeni başçısının bu vəzifəni yerinə yetirmək üçün yaxşı hazırlaşdığını və kifayət qədər bacarıqılı olacağına inandığını bildirib.

Mixail Saakaşvili həmçinin bildirib ki, o, hələ Ukraynaya qayıtmaq istəmir. O, Poroşenkonun hakimiyyəti zamanı vətəndaşlıqdan məhrum olduğunu xatırladıb və indi yeni başçısının diqqətini çəkənə qədər gözləmək istədiyini vurğulayıb.

2017-ci ildə Ukrayna sərhəd xidməti Saakaşvilini ölkəyə girişini əngəlləmişdi. Bundan sonra siyasətçi "bir az daha dözmək gərəkdir", - söyləmişdi.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »