Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putindən Kim Çen In ilə bağlı açıqlama

KXDR lideri Kim Çen In açıq insandır, sərbəst müzakirələr aparır, maraqlı və zəngin həmsöhbətdir.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikirləri Şimali Koreya lideri ilə danışıqların nəticələrini şərh edərkən deyib.

“Kim Çen In yetərincə açıq insandır, gündəlikdə duran bütün məsələlər - həm ikitərəfli münasibətlər, həm sanksiya ilə bağlı vəziyyət, həm Birləşmiş Millətlər Təşkilatı, həm ABŞ-la münasibətlər və əsasən də Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı məsələlər üzrə müstəqil müzakirələr aparır”, - deyə Vladimir Putin jurnalistlərə bildirib.

Rusiya Prezidenti bütün bu məsələlərin müxtəlif cəhətləri barədə Kim Çen Inla ətraflı söhbət etdiyini vurğulayıb.

“Təsdiqləyə bilərəm ki, KXDR lideri kifayət qədər maraqlı, zəngin həmsöhbətdir”, - deyə Putin əlavə edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Vladivostokda KXDR Dövlət Şurasının sədri Kim Çen Inla bağlı qapılar arxasında iki saata yaxın təkbətək danışıqlar aparıb. Sonra dövlət başçılarının görüşü geniş tərkibdə davam edib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »