Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternat məktəbində şagirdlər təhqir edilərək alçaldılır? - İddialara direktordan cavab
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin müəllimləri orada təhsil alan şagirdlərin şəxsiyyətini alçaldır, onları təhqir edir, azyaşlı şagirdləri divara çırpırlar, qapazlayırlar, şagirdlərə kitablar yalnız dərs vaxtı verilib, sonra da kitabları əzməsinlər deyə onlardan geri alınır. Bu iddialarla və sözügedən internat məktəbinin direktoruna qarşı sərt ittihamlarla sözügedən məktəbdə qısa müddətdə kimya müəlliməsi işləmiş Leyla Ucal çıxış edib. O geniş bir məlumat yayaraq 2 saylı internat məktəbində ilginc hadisələrin cərəyan etdiyini bildirib.

Bir zamanlar orada işləmiş kimya müəlliməsi Leyla Ucalın fikirlərinə aydınlıq gətirən məktəb direktoru Dilarə Məşədiyeva açıqlama verib. O bildirib ki, səsləndirilən fikirlərlə artıq bütün respublika tanışdı. Biz onun bu fikirlərini araşdırmaq üçün məktəbə dəvət etdik, lakin o bizim dəvətimizi qəbul etmədi:

Dilarə Məşədiyeva - Valideyn himayəsindən

məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta

internat məktəbinin direktoru

"Leyla xanım bir neçə dəfə internat məktəbinə dəvət edilsə də, təəssüf ki, bu dəvətləri qəbul etməyib və məsələnin araşdırılmasına heç bir maraq göstərməyib. Əgər müəllimə internatda gördüyü bu və ya digər problemə ictimaiyyətin diqqətini çəkirsə, iddia etdiyi məsələlərin tam araşdırılmasında israrlı olmalıdır. Biz bunu nədənsə görmürük".

Məktəb direktoru yayılan fikirlərin yalnış olmasını bir neçə faktla da sübut edib. O əlavə edib ki, sözügedən məlumatda adı hallanan məktəbin psixoloqu məlumatda yayıldığı kimi kişi deyil, qadındır. Eyni zamanda həmin qadın psixoloq Vəliyeva Sevinc Oqtay qızı da direktordan daha öncə o məktəbdə fəaliyyətə başlayıb:

"Leyla xanım iddia edir ki, məktəbin psixoloqu kişidir. Amma o kişi deyil, qadındır. Psixoloq Vəliyeva Sevinc Oqtay qızı bu məktəbdə məndən daha əvvəl, 2011-ci ildən işləyir. Və ya digər fakt barədə onu deyə bilərəm ki, məktəbin tədris və yataqxana korpusları ayrıdır, şagirdlər saat 18:00-dək tədris korpusunda ev tapşırıqlarını yerinə yetirir və çantaları yataq korpusuna daşımır. Hər bir internat məktəbində olduğu kimi bizim məktəbdə də belədir. İnternatda yalnız I-IX siniflər fəaliyyət göstərir. Məktəbin məzunları buradan ya peşə məktəblərinə, ya da tam orta məktəblərin 10-11-ci siniflərinə oxumağa gedirlər. Məktəbimizin Milli Konservatoriyada oxuyan məzunu da var”.

Bizimyol.info

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »