Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təbriz” kinoteatrı ilə bağlı Əmlak Komitəsindən açıqlama

“Əmlak özəlləşən zaman profili saxlamaq şərti olmayıb”

“Təbriz” kinoteatrı 2007-ci ildə özəlləşmə haqqında mövcud qanunvericiliyə əsasən özəlləşib”. Bunu Bizimyol.info saytına açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.

O bildirib ki, özəlləşdirmə zamanı əmlakın profilinin saxlanması şərti olmayıb.

Bakının Qara Qarayev prospektində yerləşən məşhur “Təbriz” (əvvəlki adı “Sevinc” ) kinoteatrı sökülmək üçün hasara alınıb. Ərazidə yaşayan sakinlər Unikal.org-a bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parkinq tikiləcək.

Məsələ ilə bağlı açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.

1970-ci illərdə istifadəyə verilən "Sevinc" (“Təbriz”) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »