Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İçərişəhər" Qoruğu əsasnamənin tələblərini pozdu? - Rəsmi açıqlama - Fotofakt
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında əsasnamənin 4.2 -ci bəndinin tələbləri kobud şəkildə pozulub, bu isə sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

Bizimyol.info xəbər verir ki, əsasnamənin 4.2 maddəsində bildirilir ki, Zonada torpaq işləri və mühəndis- kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır. Lakin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yaydığı fotoşəkillərdə mühəndis-kommunikasiya xəttinin qala divarının dibi ilə, divara bitişik şəkildə çəkildiyi açıq-aydın görünür.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən qurumun mətbuat xidmətinin əməkaşı Ofelya Əfəndiyeva bildirib ki, həmin şəkillər məhz onlar tərəfindən çəkilib, şəkildə görünən kanalizasiya xətti isə 50-ci illərdən qalma xətt olduğu üçün yenilənib, yenidən heç bir xətt çəkilməyib:

"Həmin şəkildə görünən kanalizasiya xəttidir. Bildiriyimiz kimi orada həm də yaşayış var. Ona görə də kanalizasiya xətti oradan gedir. Həmin kanalizasiya xətti isə 50-ci illərdən çəkilib. Hazırda isə həmin xətt yenilənərək yeni müasir borularla əvəzlənib. Yəni orada yeni xəttin çəkilməsindən söhbət gedə bilməz. O borular heç qoruq yaradılmamışdan əvvəl də oradan keçib".

Bizimyol.info

İçərişəhər qala divarı
Son xəbərlər
Bütün xəbərlər »