Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkil Təranə Əliyeva: “Xalidə Bayramova ilə rəfiqə deyiləm”

“Mənim Xalidə Bayramova ilə rəfiqə olmağım barədə yazılanlar həqiqətə uyğun deyil”. Bunu Bizimyol.info saytına açıqlamasında vəkil Təranə Əliyeva deyib.

“Sizin saytda xəbər dərc edilib ki, guya mən 162 saylı orta məktəbdə pəncərədən özünü ataraq intihar etmiş Elina ailəsinə təmənansız hüquqi yardım göstərmək təşəbbüsü göstərəcək vəkillərdən biriyəm. Bizimyol.info saytında dərc edilən məlumata görə, mən həm də Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın rəfiqəsiyəm və mənim məhz onun təşəbbüsü ilə bu işə qoşulmaq istədiyim istisna edilmir",- deyə vəkil bildirib.

Xalidə Bayramova Xalidə Bayramova

Qeyd edək ki, X.Bayramova Elinanın ölümü ilə bağlı istintaqa cəlb olunub və məktəbli özünü pəncərədən atandan sonra otaqda onu danışdırıb, bunu videoya çəkənin X.Bayramova olduğu iddia edilir.

Təranə Əiyeva isə özü barədə yazılanları təkzib edir və bu cür informasiyanın onunla dəqiqləşdirilmədən yayılmasına etirazını bildirir: “Mən onunla rəfiqə deyiləm. Sizə bu xəbəri Xalidə Bayramova, yaxud kim veribsə, onunla dəqiqləşdirin ki, nə vaxt əlaqəmiz olub, sonuncu dəfə nə vaxt telefonla danışmışıq? Mən Xalidə Bayramovanı tanıyıram və bu barədə Elinanın anası Sevinc Hüseynovaya da bunu bildirmişəm. Amma onunla sonuncu dəfə ən azı 5 il əvvəl telefonla danışmışam, Hətta belə bir informasiya daxil olmuşdusa, sayt mənimlə niyə dəqiqləşdirmə aparmadan bu yazını dərc edib?”.

Təranə Əliyeva uzun illər “Lotu Quli” kimi tanınan Nadir Səlifovun da vəkili olmasının bu məsələdə xüsusi vurğulanmasına da etirazını bildirib: “Mənim “Quli”nin vəkili olmağımının sözügedən informasiyada yer alması da başadüşülən deyil”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »