Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şri-Lankada yeni partlayış törədilib

Hadisə, paytaxt Kolombo şəhərindən təxminən 40 kilometr şərqdə baş verib.

Şri-Lankada yeni partlayış meydana gəldi, bu barədə “News-1” xəbər verib.

“Bizimyol.info” xəbər verir ki, bu gün aprelin 25-i səhər saatlarında paytaxt Kolombodan təxminən 40 km şərqdə yerləşən Pugoda rayonunda güclü partlayışbaş verib.

Hələlik ölənlər və yaralananlar haqqında məlumat yoxdur.

21 Aprel - pasxa bazarı günü Şri Lankada silsilə partlayışlar törədilmişdi. Altı partlayışdan üçü məbəddə, üçü mehmanxanada, yeddinci adanın qərb hissəsində, səkkizinci isə Colombo kənarında bir yaşayış məntəqəsində həyata keçirilmişdi. Son məlumatlara görə, bazar günü törədilmiş terror aktında 359 adam ölmüş, 520 nəfər yaralanmışdı.

Hücumlar üçün məsuliyyəti dünyanın əksər dövlətləri tərəfindən terrorçu təşkilat kimi tanınan "İslam Dövləti" üzərinə götürsədə hələlik partlayış yerində həmin təşkilata aid sübut aşkarlanmadığı bildirilir.

100-dən çox adam nəzarətə alınıb. İstintaqda terror hadisəsinin həyata keçirilməsində 9 intihar bombaçısı iştirak etdiyi məlum olub və onlardan səkkizinin şəxsiyyəti müəyyənləşdirilib.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »