Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merin müavini “Şəhər siçanı” adlı şeir yazdı, ara qarışdı

Avstriyada Braunau şəhər merinin müavini Kristian Şilherin miqrantlar haqqında yazdığı şeir qalmaqala səbəb olub. “Şəhər siçanı” adlı şeirdə siyasətçi miqrantları ziyanverici gəmiricilərlə müqayisə edir.

Bizimyol.info xəbər verir ki, müəllif şeirdə miqrantlara səslənərək, onlardan ya qısa müddətdə inteqrasiya olunmalarını, ya da “rədd olub getmələrini” istəyir.

Şilher Avstriyada ultrasağçı Azadlıq Partiyasının üzvüdür. Bu partiya hakim mühafizəkar koalisiyaya daxildir. Şilherin qələmindən çıxan qalmaqallı şeir də partiyanın Braunda nəşr edilən qəzetində dərc olunub.

Kristian Şilher Kristian Şilher | Foto: AFP

Bir sıra yerli media orqanları Şilherin şeirinin yaratdığı qalmaqal haqda yazarkən Adolf Hitlerin də Braunau şəhərində anadan olmasına diqqət çəkirlər.

Avstriya kansleri Sebastyan Kurts Azadlıq Partiyasının bu cür pis nümunələri  qınamasını istəyib. “Bu yaradıcılıq deyil, iyrənc, insanlıqdan kənar, irqçi bir nümunədir. Avstriyada belə nümunələrə yer ola bilməz”, - kansler belə deyib.

Azadlıq Partiyasının lideri olan vitse-kansler Haynts-Kristian Ştraxe də şeiri pisləyib. Deyib ki, bu şeir partiyanın müdafiə etdiyi dəyərlərə tam ziddir. Vitse-prezident əlavə edib ki, Şilher həm partiyanı, həm də şəhər merinin müavini postunu tərk edəcək.

Şilher özü isə deyib ki, bu şeiri yazmaqda məqsədi kimisə aşağılamaq olmayıb.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »