Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sudanda hərbi hakimiyyətə qarşı etiraz yürüşü hazırlanır

Sudanda hakimiyyəti Hərbi Şuradan mülki hökumətə ötürməyi tələb edən hərəkat aprelin 25-də azı milyon nəfərin iştirakı ilə yürüş təşkil etməyə hazırlaşır.

“İnterfax” xəbər verir ki,bununla bağlı hərəkatın öncüllərindən və Sudan Peşəkarlar Assosiasiyasının liderlərindən biri olan Əhməd əl-Rəbiyyə çağırış edib.

Paytaxt Xartumda Müdafiə Nazirliyi binasının qarşısında son günlər toplaşan minlərlə etirazçı hakimiyyətin mülki hökumətə təhvil verilməsi tələblərinin yerinə yetirilməyincə dağılışmayacaqlarını bildirirlər.

Aprelin 21-də Hərbi Şuranın hakimiyyəti dərhal mülki hökumətə ötürmək tələbini yerinə yetirmədiyini bildirən hərəkat Şura ilə apardıqları danışıqları dayandırmışdı.

“Report” xatırladır ki, aprelin 11-də Müdafiə naziri Avad bin Aud ölkəni 1989-cu ildən idarə edən Prezident Ömər əl Bəşiri həbs etdiklərini açıqlamışdı. Bundan sonra yaradılan Həbri Şuranın yeni hökumət yaradılanadək yaxın iki il ərzində ölkəni idarə edəcəyi açıqlanmışdı. (Virtualaz.org)

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »