Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: "Britaniya kəşfiyyatı məni izləmək üçün Obamaya kömək edirdi"

ABŞ prezidenti Donald Tramp "Twitter"dəki paylaşımında Britaniya kəşfiyyatının Barak Obama hakimiyyətinə onu izləməkdə kömək etdiyini iddia edib.

Amerika lideri "One America News Network" (OANN) kanalına açıqlamasında Amerika Birləşmiş Ştatlarının keçmiş CIA analitiki Larri Consona istinadən İngilis kəşfiyyatını onu izələyərək casusluq etməklə günahlandırıb.

"İndi yalnız həqiqətin üzə çıxması zaman məsələsidir, olanlar tezliklə məlum olacaq və açıqlanaçaq. Bu baş verdiyi zaman hər şey çox gözəl olacaq!", -deyə Tramp qeyd edib.

Böyük Britaniya artıq bu iddialara cavab verib. Hökumətin Əlaqələr Mərkəzinin sözçüsü bu məlumatın cəfəngiyyat olduğunu və sadəcə nəzərə alınmaması lazım olduğunu söyləyib.

Elizabeth II Amerika prezidentini ölkəsinə dəvət etdikdən bir neçə gün sonra Tramp belə bir qalmaqalın yaşanmasına səbəb oldub.

Son xəbərlər
Bütün xəbərlər »