Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şri-Lanka hökuməti hindistanlılara qulaq assaydı, 359 nəfərin öldüyü terror olmayacaqmış

Hindistanın xüsusi xidmət orqanları, sən demə, Şri-Lanka məmurlarını bu ölkədə hazırlanan terror aktı barədə xəbərdar edibmiş. Hətta onlara teraktın təşkilatçısı Zahran Haşimin adını da onlara deyiblərmiş. Bu barədə özəl mənbəyə istinadən CNN məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Hindistanın xüsusi xidmət orqanları bir müddət əvvəl İŞİD üzvünü tutublar və terror aktının hazırlanması barədə məlumatları da onun vasitəsilə əldə ediblər. O, Şri-Lankada təlim keçdiyi adamın adını dı söyləyib. Saxlanılan İŞİD üzvü deyib ki, Haşimin radikallaşdırılmasında onun böyük rolu olub.

Şri-Lankada silsilə terror aktları nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb.

Şri-Lanka prezidenti Maytripala Sirisena xəbərdarlığa baxmayaraq, teraktların qarşısını almaq üçün vaxtında addım atmayan xüsusi xidmət orqanlarının əməkdaşlarına qarşı sərt tədbirlər görüləcəyini bəyan edib. Prezident Silahlı Qüvvələrin komandanlığında da dəyişiklik etmək niyyətindədir.

Aprelin 23-dən Şri-Lankada fövqəladə vəziyyət rejimi elan olunub. Silsilə partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »