Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat “İçərişəhər”dəki tikintiyə etiraz etdi: “İçərişəhər olacaq köçəri şəhər”
"İçərişəhər olacaq köçəri şəhər”

AZXEBER.COM xəbər verir ki, İçərişəhər Kiçik Qala küçəsində, qala divarları boyunca kafe-terrasların yaradılması insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Millət əkili Fazil Mustafa da buna öz etirazını bildirərək, İçəri Şəhərin bundan soonr "köçəri şəhər" olacağını qeyd edərək bunları deyib:

Fazil Mustafa

"İçərişəhərdə qala divarlarının bir hissəsini söküb kafe tikirlər. Keçmiş Sovetskidə tarixi abidələrin bəzilərini uçurdurlar. Tanınmış şəxsiyyətlərin yaşadığı evləri ortadan qaldırırlar... Hər gün bu cür neqativ informasiyanın içində üzməyimizə rağmən, bugünkü insana olan biganəliyimizi tarixin daşlarına da qarşı davam etdiririk. Burada ən acınacağlısı da odur ki, ictimai qınağı nəzərə almaq barədə bu işi görənlərin heç biri düşünmək istəmir. Mərhum Vaqif Səmədoğlu əlli il öncənin sökhasökünə məruz qalan İçərişəhəri "Biçarə şəhər" adlandırırdı. İndisə yalnız biçarə qalan İçərişəhər deyil, bizlər hamımızıq. Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yox. Çünki Qanundan öncə Qaydalar işləyir və Qanun Qaydanı özünə tabe etdirə bilmir. Xatırlayırsınızsa, Yasamal rayonunda 20 yanvar metrosuna yaxın ərazidə ağacların dibinə kimyəvi turşu tökmüşdülər, hamısı bir neçə günün içində məhv edildi. Başqa yerlərdə də baş verən ağac qətliamına son qoymaq imkanımız yox. Yəni İçərişəhər də təqribən ağaclara bənzər formada əridilir. Halbuki, bu tarixin nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz.

Biçarə şəhər...İçəri şəhər... Bir azdan da Köçəri şəhər..."

Son xəbərlər
Bütün xəbərlər »