Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məni “Atəşgah”a aparan fikirlər - Fotolar

İnsanın ən böyük mübarizəsi özü ilədir. Nəfsinə qalib gəlmiş insan bütün pisliklər üzərində qələbə çalmış, xeyir qazanmış kimidir.

Atəşgah

Elə “Atəşgah” məbədinə də məni çəkib aparan bu fikirlər oldu. Məbəd haqqında çox eşitsəm də, buraya ilk dəfə idi gəlirdim.

Atəşgah

Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşən məbəd 17-18-ci əsrlərdə təbii qazın çıxdığı, sönməz alovların yerində inşa edilmiş müqəddəs ziyarətgah hesab olunur.

Atəşgah

İlk təəssüratım kənd camaatı haqqında oldu. İnsanları kifayət qədər mehriban, xoş əhval-ruhiyyəli gördüm. Mənim kimi yolu birinci dəfə buraya düşən adamlara məmnuniyyətlə “Xoş gəlmisiniz” deyir, yolu izah edirlər.

Atəşgah

Buraya gələcəyimi qərarlaşdıranda düşünmürdüm ki, çox adam olacaq, amma düşüncələrimdə yanılmışdım.

Atəşgah

Kiçiyindən tutmuş böyüyünə qədər onlarla adam var idi. Bələdçilərlə söhbətimdən də bəlli oldu ki, məbədə kifayət qədər maraq göstərən, gəlib-gedən var. Orada olduğum iki saat ərzində yerli camaatla yanaşı müxtəlif ölkələrdən, fərqli dini inancları olan insanların çoxluğunu müşahidə etdim.

Atəşgah

Beşbucaq forması təşkil edən abidə 24 hücrə, bir otaqdan ibarətdir.

Atəşgah

Hücrələrdə abidənin tarixinə dair məlumat tablolarına, oda tapınan, cisminə cəza verərək ruhunu təmizləyən zahid maketlərinə, eyni zamanda kahinlərin geyindiyi libas, qədim qablar, dəstəmaz üçün əşyalara da rast gəlirsən.

Atəşgah

Aləmdə Nəsib, tələbə-jurnalist (fotolar müəllifindir)

Son xəbərlər
Bütün xəbərlər »