Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki vəkilin fəaliyyəti bərpa edildi
Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyət başa çatdı

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin vəkillik fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyət yekunlaşıb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki,fəaliyyəti bu gündən bərpa olunur:

“Əslində bu dövrdə hüquqşünas qismində fəaliyyətimdə bekarçılıq olmamışdır. Həmin dövrdə 200-dən artıq şəxsə pulsuz hüquqi yardım göstərilmiş, onlarla yeni iş Avropa Məhkəməsinə göndərilmiş, onlarla iş üzrə kommunikasiya aparılmışdır. Bu gün gördüyüm ilk iş həbsdə olan müvəkkillərimlə görüşlərin bərpası üçün tədbirlərin görülməsi olmuşdur. Ötən dövrdə həbsdə olanların sayı kəskin azalsa da, bəziləri hələ də məhkumluq həyatı yaşayırlar. Vəkil qismində yeni işlərə başlamağım bir müddətdən sonra mümkün olacaqdır. Bu hal vəkillik fəaliyyətində sənədləşirmənin yeniləşməsi, ən əsası isə böyük həcmdə yarımçıq işlərin yekunlaşdırması zərurətilə bağlıdır”.

Vəkil Nemət Kərimlinin də fəaliyyətinə qoyulmuş bir illik müddət aprelin 23-də başa çatıb.

Hər iki vəkil baş prokurorun birinci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına şikayəti əsasında cəzalandırılıb. Müraciətdə Rüstəm Usubov vəkilləri istintaq sirlərini yaymaqda və məsələləri siyasiləşdirməkdə ittiham edib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »