Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçu oyun zamanı topla havada uçan quşu vurub öldürdü - Video

Rusiyada futbolçu komanda yoldaşına ötürmə verərkən stadion üzərində uçan quşu vurub. Bu, Rusiya çempionatının 32-ci turunda “Şinnik” və “Tümen” komandaları arasında keçirilən oyun zamanı baş verib. Qarşılaşma 1:0 hesabıyla “Şinnik”in qələbəsilə başa çatıb.

Bizimyol.info xəbər verir ki, ötürmə zamanı topun yuxarıda uçan quşa dəydiyini əks etdirən görüntülər komandanın sosial şəbəkələrdəki səhifəsində yayılıb. Videodan görünür ki, quş stadionun üzərində az hündürlükdə uçub. Uzaq məsafəyə göndərilən top quşa dəyib və zərbədən ölən quş stadiona düşüb.

“Şinnik”in rəhbərliyi deyib ki, oyundan bir gün öncə stadiona ot əkilib. Göyərçinlər toxumdan ötrü orada uçurmuş. Amma stadion göyərçinlərin “hücumundan” ziyan görməyib.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »