Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bacısı tərəfindən hində saxlanılan şəxs barəsində heç bir müraciət edilməyib" - Rəsmi açıqlama
Ucar rayonunun Qarabörk kəndində bacı psixi problemlərdi olan qardaşını illərdir hində zəncirlənmiş halda saxlayır. Bu haqda məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə öz şəxsi hesabından yayımlayıbdır.

Yayımlanan məlumat əsasında Bizimyol.info araşdırma aparıb. Redaksiyamıza məlumat verən Ucar rayon Qarabörk kənd bələdiyyəsinin sədr müavini Əşrəfov Natiq Nizami oğlu bildirib ki, məsələdən xəbərdardılar amma ətraflı məlumat üçün bələdiyyənin sədri ilə əlaqə saxlamaq lazımdır:

"Bəli xəbərimiz var, amma çəkilişin getməsindən xəbərimiz olmayıb. Çoxdandır xəbərimiz yox idi. Biz elə bilirdik ki, xəstəxanadadır. O ki, qaldı o məsələ ilə maraqlanmağa, gedib yerindəcə tanış olmağa o bizi aşan məsələlərdir. Siz mümkünsə bu barədə siz bələdiyyəmizin sədrinə müraciət edin.

Biz ordan ancaq Əjdəri, o hində saxlanılan vətəndaşın qardaşını tanıyırıq, efirə də çıxmışdı. Soyadını isə bilmirik".

Bizimyol.info-ya açıqlama verən Ucar rayon Qarabörk kənd icra nümayəndəsinin müavini Əşrəfov Mansur Əlvida oğlu isə bildirib ki, hində saxlanıldığı bildirilən şəxs barəsində nə onların ailə üzvlərindən, nə də qonşularından heç bir müriət daxil olmayıb:

"Bundan məlumatımız var, o ev ikimərtəbəli evdir. Onların anasına məxsusdur. Birinci mərtəbəsində həmin şəxs İbrahimov İlyad İbrahim oğlu yaşayır, ikinci mərtəbədə isə İbrahimova Əfşan İbrahim qızı yaşayır. Əfşan İlyasın bacısıdır və İlyas Əfşanın qəyyumluğundadı. Yayılan məlumatda birinci mərtəbənin toyuq hini olduğu deyili, lakin ora evin birinci mərtəbəsidir.

Həmin xəstə oğlan-İlyas İbrahimov bir neçə dəfə də Ucar rayon Mərkəzi Xəstəxanasında yatıb. Anasının sağlığında mütəmadi həkimə aparılırdı. Məndə olan məlumata görə elə həmin şəxs Ucar rayon Mərkəzi Xəstəxanasının qeydiyyatında da olmalıdır.

Hazırda icra nümayəndəliyi onların evlərindədir, bu məsələ ilə məşğuldular. Bacısı ilə də söhbətləşmə aparılıb, idarəyə də dəvət ediliblər. Hüquqi cəhətdən hansı qərar qəbul ediləcək bu haqda məlumatsızam. Hətta efirdə zəncirdə saxlanılmasına dair məlumat da səsləndirilir. Mən şəxsən görməmişəm onun zəncirdə saxlanıldığını. Amma bunu qonşuları ilə əlaqə saxlayıb öyrənmək olar. Yəqin ki, harasa çıxıb getməsin deyə qapalı şəraitdə saxlanılır. Yerli icra nümayəndəliyinə bu barədə nə qonşularından, nə də qohumlarından bu barədə heç bir müraciət daxil olmayıb. Əjdər İbrahimovun yoldaşının səsləndirdiyi fikir də yalnışdır, bizə ancaq evlə bağlı Əjrəd İbrahimov (qardaşı) tərəfindən müraciət daxil olubdur. Əvvəllər orada İlyas, Əjdər və Əfşan İbrahimovlar ailəsi yaşayıb. O ev üstündə münaqişələri olub lakin həmin İLyas İbrahimovun o şəraitdə saxlanılması ilə bağlı bizə heç bir müraciət daxil olmayıb. Evlə bağlı məsələyə gəlincə isə onların hər birinin evdə yaşama hüquq olduğu üçün məhkəmə müraciət etmələrini tövsiyyə etmişik".

Bizimyol.info

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »