Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sem Smitin Bakı konserti gözlənilməz səbəbdən ləğv olundu
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük təəssüflə bildirir ki, Sem Smit yarış həftəsonu, şənbə günü Bakıda konsert proqramı ilə çıxış edə bilməyəcək. Ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən növbəti konsert proqramlarını da ləğv etməli olub.

Nəticə etibarilə, Sem Smit bu həftə Bakıda çıxış edə bilməyəcək. Sağlamlığı hər şeydən vacib sayan BŞH musiqiçinin tam sağalması üçün atdığı bu addımı anlayışla qarşılayır və onu dəstəkləyir. Onu da yaxşı başa düşürük ki, bu xəbər Sem Smitin Bakıdakı azarkeşlərini məyus edəcək. Buna görə də bildirmək istərdik ki, Formula 1 SOCAR Azərbaycan Qran Prisininin hər bir tamaşaçısının möhtəşəm həftəsonu yaşamağını təmin etmək üçün təklif etdiyimiz digər əyləncə proqramları hələ də qüvvədədir.

Sem Smitə şəfalar diləyir və onu tezliklə Bakıda görməyi arzulayırıq

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »