Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PKK Türkiyəyə qarşı erməni taboru yaratdı
1915-ci il hadisələrindən sonra özlərini Suriya və Livana köçənlərin nəvələri olaraq təqdim edən bəzi ermənilər Türkiyəyə qarşı PKK/PYD adı altında yenidən birləşiblər. 200 nəfərlik qrup dünən fəaliyyətə başladıqlarını bildirib.

Bu barədə “Yeni Şafak” məlumat yayıb.

104 il əvvəl, 1915-ci il hadisələrindən sonra Suriya və Livana köçən ermənilərin nəvələri Türkiyəyə qarşı terror təşkilatı olan PKK/PYD adı altında yenidən birləşib.

Əvvəllər müxtəlif qruplarla birlikdə olan ermənilər bu dəfə öz qruplarını yaradırlar. 200-ə yaxın adamdan ibarət qrup 1915-ci il hadisələrinin ildönümü olaraq bu gün fəaliyyətə başlayacaq.

Terror təşkilatının yaydığı məlumata görə, erməni qrupuna Suriyada öldürülən TKP/ML TİKKO-lu terrorçu Nubar Ozanyanın (Orhan Bakırcıyan) adı verilib.

Kimlərdən ibarətdir?

Taborun kapitanı Masis Otanyaf Suriyada Qamışlı, Haseke, Serekaniyə, Dırbəsiyə və Amudə bölgələrinə yayılan erməniləri bir araya gətirdiklərini deyir. Hər gün hərbi və ideoloji təhsil alan terrorçuların qərargahının divarlarında qəribə rəsmlər var. Onlardan biri 1982-ci ildə doqquz adamın həyatını itirdiyi, 72 adamın yaralandığı Esenboğa hücumu reallaşdıran ASALA üzvü, terrorçu Levon Ekmeçiyanın fotosudur. Terrorçular Türkiyədə naməlum sui-qəsdə qurban gedən jurnalist Hrant Dinkin fotolarını da qara piar üçün istifadə edirlər.

Təhdid ediblər

Terrorçular hədəflərinin Türkiyə olduğunu gizlətmirlər. Terrorçu Masif Otanyaf təhdidlər yağdıraraq, “Ermənilərə yaşadılan bədbəxt günün cavabı heç kimdən soruşulmur. Həmsöhbətimiz Türkiyədir. Amma onların bizə və digər xalqlara necə yanaşdıqlarını görürük, buna görə də çox şey gözləmirik. Əzilən xalqlara yaşadılanların haqqını tələb edəcəyik. Bu, başlanğıcdır. Xalqlarımıza xeyirli olsun” deyib.

Qarabağa getmişdilər

Terror təşkilatı PKK ilə erməni qrupları arasındakı münasibət bununla məhdudlaşmır. Azərbaycanla Ermənistan arasında münaqişələrin davam etdiyi Dağlıq Qarabağa gedən PKK-çılar işğalçı qrupları dəstəkləmişdilər. Kandil və Qamışlıdan gələn qruplar Ağrıdan Ermənistana keçmişdilər. Sevan gölündən PKK-ya verilən Vardanes kampına keçən 400 nəfərlik terror qrupu Qarabağda müharibənin güclənməsi ilə “isti” bölgələrə göndərilmişdilər.

“Təcrübəlilər” seçilir

Döyüşməyə gedən terrorçular bomba və təxribatla bağlı təhsillilər arasından seçilmişdilər. “Ağrı qartalları” adlı birlik - Livan Karadağ, Hemaran Kervaçiyan və Sərvət Bagopşin adlı üç terrorçu Ağrıdan Ermənistana keçən qrupa bələdçilik etmişdi. Erməni taborunun aqibətinin Afrində Türkiyəyə təhdidlər yağdırıb məhv edilən Beynəlxalq Tabor kimi olması gözlənilir.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »