Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərxoş psixiatr uçuş zamanı təyyarədən enmək istədi - Video

Rusiya Federasiyasının İstintaq Komitəsi Bangkokdan Moskvaya uçan bir təyyarədə xuliqanlıq edən sərnişinin hərəkətləri barədə məlumatları araşdırır. Bu barədə “Gazeta.ru” xəbər verib.

Bizimyol.info xəbər verir ki, Aeroflot mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-də uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin təyyarədə qalmaqal yaradıb. O, yüksək səslə bələdçini söyüb ona hədə-qorxu gələrək qəza lükunu açmasını tələb edərək uçuşda olan təyyarədən düşmək istədiyini bildirib.

Ekipaj üzvləri köməyə gəlmiş sərnişinlərlə bnirlikdə xuliqanlıq edən adamı zərərsizləşdiriblər. Aqressiv sərnişinin qollarını və ayaqlarını təhlükəsizlik kəmərləri ilə bağladılar. Sərxoş adam isə çığıraraq "işgəncəyə məruz qaldığını" bildirirdi. Təyyarə heyəti ona adid olan yerdən iki şüşə spirtli içki aşkarlayıb.

Təyyarə Sheremetyevo hava limanında eniş etdikdən sonra ekipaj üzvləri “təyyarə xuliqanı”nı hüquq-mühafizə orqanlarına təhvil veriblər. İndi həmin şəxsi təyyarədə təhlükəli davranışına görə beş ilədək həbs cəzası və ya yarım milyon rubla qədər cərimə gözləyir. “Beşinci Kanal” həmin adamın 15 ildən çox müddətdə psixiatriya və narkoloji sahədə fövqəladə və kritik şərait mütəxəssisi oluduğu məlum olub.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »