Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Agentlik rəsmisi nazirliyin taksi xidmətini ifşa etdi - Foto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarətində olan “Bakı Taksi Xidməti” MMC-yə məxsus nəqliyyat vasitəsi yolun piyada keçidi hissəsində dayandı, agentlik rəsmisi isə ifşa etdi.

Bizimyol.info xəbər verir ki, 23 aprel tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin əməkdaşı yol hərəkəti qaydalarını (Dayanma, durma qaydasını) kobud şəkildə pozan "Bakı Taksi Xidməti" MMC-yə məxsus nəqliyyat vasitəsinin fotoşəklini çəkərək ifşa edib. O bildirib ki, yol hərəkəti qaydalarını bu şəkildə pozan taksi xidmətinin Heydər Əliyev adına Hava Limanında xarici turistlərə xidmət göstərməsi yaxşı hal deyil.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Dövltə Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, nəqliyyat vasitəsinin hansı şirkətə məxsus olub-olmamasından asılı olmayaraq yol hərəkəti qaydalarını pozan sürücü müvafiq qaydada cəzalandırılmalıdır. Bu situasiyada isə Bakı Nəqliyyat Agentliyi müvafiq tədbir görməlidir.

Bizimyol.info

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »