Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda nişanlı qız intihar etdi
Bakıda 23 yaşlı nişanlı qız intihar edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 23-ü saat 21 radələrində Yasamal rayonu, Talıblı küçəsi 1 ünvanında yerləşən hürdürmərtəbəli yaşayış binasında baş verib.

1996-cı il təvəllüdlü Dadaşova Firuzə Rasim qızı binanın yeddinci mərtəbəsində yerləşən yaşadığı mənzilin pəncərəsindən özünü ataraq intihar edib.

İlkin məlumata görə, F.Dadaşova evinin yaxınlığında yerləşən gözəllik salonunda işləyib. Həmin salonda bir neçə gün əvvəl 1000 manat pul itib. Salonun sahibi bu işdə F.Dadaşovadan şübhələndiyini bildirib və ondan pulu tələb edib. Qız isə pul oğurlamadığını deyib və bu söz-söhbətə dözməyərək özünü öldürüb.

Son xəbərlər
Bütün xəbərlər »