Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat məşhur müğənninin vasitəsilə "Quska"nın obyektinə sahib çıxıb

Keçmiş deputat, “Quska” kimi tanınan Hüseyn Abdullayevin Bakının mərkəzində yerləşən obyekti hazırda başqa bir deputat Cavanşir Feyziyevin ailəsinə məxsusdur.

Bizimyol.info xəbər verir ki, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən və sabiq deputatın atası Abdulla Abdullayevin adına olan 786 kvadrat metrlik qeyri-yaşayış sahəsi indi Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətindədir. Bu məsələ Hüseyn Abdullayev haqqında cinayət işinin materiallarında da əksini tapıb.

Cavanşir Feyziyev Cavanşir Feyziyev

Amma obyekt birbaşa C.Feyziyevin ailəsinə keçməyib. Əvvəlcə üç nəfərin adına alınıb – Sücəddin Kərimov, Yelizaveta Əlizadə və Xalq artisti, müğənni Gülyaz Məmmədova. Daha sonra onlar Orxan Feyziyevin adına keçirib.

Alqı-satqı prosesində deputat və ailə üzvləri olmasa da, onlara yaxın adamlar iştirak edib. Deputatın oğlu alqı-satqıda iştirak üçün Dadaş Rzayev adlı şəxsə etibarnamə verib. Dadaş Rzayev isə deputatın təsisçisi olduğu “Avromed” dərman şirkətinin şöbə müdiri olub. O həm də deputatın oğlunun dostudur.

Dadaş Rzayev “Quska”nın işi üzrə istintaqda da bu məsələ ilə əlaqədar şahid qismində dindirilib. Təsdiqləyib ki, dostu Orxanın xahişilə həmin obyektin alınması prosesində iştirak edib.

Bu məsələdə diqqət çəkən məqamlardan biri alqı-satqı prosesində müğənni Gülyaz Məmmədovanın iştirakıdır. Əldə etdiyimiz məlumata görə, Gülyaz Məmmədova ilə deputat Cavanşir Feyziyev həmkəndli olmaqla, şəxsi münasibətləri var. Onların hər ikisi Şəkinin Böyük Dəhnə kəndində anadan olub.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »