Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Elinaya yaxınlaşanda ondan meyit iyi gəlirdi" - Yeni müəmma

Mən xəstəxanada Elinanın çarpayısına yaxınlaşdım. Həkim dedi ki, o bir neçə dəqiqə əvvəl dünyasını dəyişib, lakin ondan meyit qoxusu gəlirdi.

Bunu Media.Az-a müsahibəsində xəstəxanadan canlı yayım edən, "Liniya jizni” qrupunun administratoru Gültən Ramazanova deyib.

Elina Hacıyeva Elina Hacıyeva

Onun sözlərinə görə, hadisədən sonra həkim Vaqif Rəhimov taksiyə oturub qaçıb.

"Elinanın ailəsi ilə tanış deyildim. Bizim Facebook-da qrupumuz var. Orda qrup üzvlərindən biri – Stasya mənə yazdı məktəbdə şagird özünü pəncərədən atıb və məndən kömək istədi.

Mən Elinanın anası Sevil Hüseynova ilə əlaqə saxladım, o məndən pul yığmağı təşkil etməyi xahiş etdi. Qızını travmatologiya şöbəsinə keçirmək istəyirdi. Sevil xanım bildirdi ki, onların maliyyə imkanları bunun üçün bəs etmir.

Mən onu əmin etdim ki, bütün yığılan məbləğ Elinanın digər şöbəyə keçirməyə yönləndiriləcək.

Aprelin 6-da hüquq müdafiəçisi Kəmalə Ağazadə mənə zəng etdi. O bildirdi ki, Elina ölür. Mən dərhal xəstəxanaya getdim. Həkim Vaqif Rəhimov dedi ki, Elina bir neçə dəqiqə bundan əvvəl dünyasını dəyişib. Bu bizim üçün şok idi. Mən Elinanın xəstəlik tarixçəsini istədim və soruşdum ki, niyə o, süni tənəffüs aparatına qoşulub, lakin oksigen yoxdur.

Həkim suallarıma cavab verə bilmədi və mənə digər korpusa İlqar həkimin yanına göndərdi. Mən ora qaçdım. Lakin İlqar həkim bildirdi ki, heç bir cərrahi müdaxilə etməyib, və suallara yalnız Vaqif həkim cavab verə bilər.

Vaqif Rəhimovu tapmaq isə mümkün olmayıb. Şahidlər dedilər ki, o taksiyə oturub aradan çıxıb.

Mən xəstəxanada Elinanın çarpayısına yaxınlaşdım. Həkim dedi ki, o bir neçə dəqiqə əvvəl dünyasını dəyişib, lakin ondan meyit qoxusu gəlirdi”.

Son xəbərlər
Bütün xəbərlər »