Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Inın Primorsk şəhərindən videosu yayıldı - Video

Şimali Koreyanın lideri Kim Çen In Primorski vilayəti Xasan limanına gəlməsinin videosu paylaşılıb. Videoçarx vilayətin rəhbəri Oleq Kojemyakonun Instagram sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

Bizimyol.info  xəbər verir ki, KXDR rəhbəri rus milli geyimli qızlar tərəfindən duz çörəklə qarşılanıb. Bundan sonra Kim Çen In "Kim Ir Sung Evi" adlandırılan Rusiya-Koreya dostluğunun rəmzi ola binaya gəlib.

Şimali Koreyanın başçısını aparan qatar o stansiyadan ayrıldıqdan sonra Ussuriysk istiqamətində hərəkətini davam etdirib.

Aprelin 23-də Pxenyan Kim Çen Inın Rusiyaya gələcək səfəri haqqında məlumatı təsdiqləmişdi.

Daha sonra Rusiya prezidentinin köməkçisi Yuri Ushakov 25 aprel tarixində Vladimir Putin və Kim Çen Inın Vladivostokda görüşəcəkləri barədə açıqlama vermişdi. Ushakovun sözlərinə görə, görüş Koreya yarımadasında problemlərin həllinə həsr olunacaq.

Qeyd edək ki, bu, KXDR liderinin Rusiyaya ilk səfəridir.

Son xəbərlər
Bütün xəbərlər »