Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artistinin qızına təcavüz edən qardaşı görün harada yaşayır – Fotolar

Özünün Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızı olduğunu iddia edən Pərvanə Dostəliyevanın açıqlamaları ölkə mediasının gündəmindən düşmək bilmir.

Ata-bala arasındakı qalmaqalda bir çox məqamlar üzə çıxıb. Pərvanə ilk növbədə atasının ona 6 yaşında təcavüz etdiyini iddia edib. O, eyni zamanda Ağalar Dostəliyevin Bakıda ailəsindən ayrı bir yerdə, kiçik “butka” kimi yerdə yaşadığını söyləyib. Pərvanənin sözlərinə görə, atasına o biri ailəsindən olan övladları hərdən yemək gətirirlər.

A.Dostəliyev isə saytımıza açıqlamasında onun sözlərini yalanlamışdı və ailəsi ilə birlikdə yaşadığını bildirib.

Pərvanə Dostəliyeva Pərvanə Dostəliyeva

Əməkdaşlarımız Pərvanənin dediyi ünvana yollanaraq, Ağalar Dostəliyevlə müsahibə etməyə çalışıb. Onun qızının dediyi kimi, kiçik bir “butka”da yaşadığı məlum olub. Ancaq A.Dostəliyev məkanda çəkiliş aparılmasına icazə verməyib. O, gah “Əhmədlidə evim var, gəlib ailəmlə orada çəkərsiniz”, gah da “Buraları səliqəyə salandan sonra gəlin” sözlərini deyərək, müsahibədən imtina edib.

Bundan başqa, məlum olub ki, Dostəliyev “butka”sının ətrafını itlər vasitəsilə qoruyur. Ətrafdakı şəxslərin iddiasına görə, o, sözügedən “butka”da yaşayır və itlər vasitəsilə özünü qoruyur. Ağalar əməkdaşımızla söhbətində onun bu şəraitdə yaşamasını və ya özünün iddia etdiyi kimi işləməsini qınayanlara belə cavab verib:

“Halal zəhmətimlə pulumu qazanıram. Heç kimdən kömək istəmirəm”.

Qeyd edək ki, A.Dostəliyev Pərvanənin anası Şəhla ilə rəsmi nikahda olmadığını, onun yüngül həyat tərzi keçirdiyini, qızın isə onun övladı olmadığını deyib. O bildirib ki, təcavüz iddiaları da Pərvanənin uydurmasıdır. (Axşam.az)

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »