Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağzında dalğıc cəsədi olan timsahı yaxaladılar

İndoneziyanın Sulavesi adasında işləyən dalğıcı timsah öldürüb. Bu haqda “Daily Mail” qəzeti yazıb.

Bizimyol.info xəbər verir ki, 30 yaşlı Darlin Uti evinin yaxınlıqdan keçən su borusunu təmir edərkən timsahın hücumuna məruz qalıb. Ayaqlarından yapışan sürünən onu suyun altına dartıb. Bacısı Utini xilas etməyə çalışsa da, alınmayıb.

Ertəsi gün xilasedicilər timsahı ölü tapıblar. Dalğıcın qalıqları sürünənin dişlərində ilişib qalıbmış. Meyiti yaxınlarına təhvil veriblər.

Martda timsah başqa bir adamı yemişdi. Bu dəfə miqrantlardan biri su sakininin qurbanı olmuşdu. Onda yerli şaman timsahı tapmağa kömək etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »