Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
27 il sonra komadan ayıldı, oğlunu çağırdı

Almaniya klinikalarından birində möcüzə baş verib. Qadın 27 il sonra komadan ayılıb.

Bizimyol.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Munirə Abdulla 1991-ci ildə avtomobil qəzasına düşəndən sonra bu vəziyyətə qalmışdı. Qadın o vaxt kəllə-travma almışdı. Munirə böyük zərbədən yan qaça bilərdi. Sadəcə, oğlu Ömər Veberi qucaqlayaraq, xilas etmişdi. Oğlan yüngülcə zədələnmişdi.

Onda Munirəni əvvəlcə vətənində özünə gətirməyə çalışmışdılar. Alınmayanda Londona üz tutmuşdular. Yenə komadan ayılmamışdı. Sonra Birləşmiş Ərəb Əmirliklərinə qaytarmışdılar.

2017-ci ildə Əbu-Dabi şahzadəsi Məhəmməd ben Zahid situasiya haqda öyrənəndə Munirənin müalicə xərclərini üzərinə götürmüşdü. Məhz bundan sonra Almaniyada müalicə ideyası ortaya çıxmışdı. Bir il sonra Munirə bəzi səslər çıxarmağa başladı. Daha bir neçə gün də keçdi, o, artıq oğlunu çağırırdı.

İndi Munirə Əbu-Dabidə bərpa mərhələsi keçir. Onun əzələlərin atrofiyası üçün fizioterapiyaya ehtiyacı var.

Son xəbərlər
Bütün xəbərlər »