Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yuventus”da Ronaldoya görə əziyyət çəkən futbolçu bəlli oldu

Kriştiano Ronaldo İtaliya çempionatının son üç turunda rəqib qapılarına yol tapa bilməyib. “Qızıl buts” qazanmaq istəyən futbolçu üçün uğursuzluq zolağı adlandırıla biləcək nəticədir. Ronaldo, üstəlik, “Yuventus”da bütün komanda yoldaşları ilə dil tapa bilmir.

Bizimyol.info xəbər verir ki, 1982-ci ildə İtaliya milli komandasının heyətində dünya çempionu olmuş Marko Tardelli hücumçu Paolo Dibalanın portuqaliyalıya görə əziyyət çəkdiyini bildirib.

Bu sözlər “Rai Sport” telekanalının efirində səslənib. Tardelli deyb ki, rəhbərlik klubu idarə etməyi öyrənməlidir. Veteran futbolçu xüsusilə Kriştiano Ronaldonu fərqləndirib. Onun fikrincə, portuqaliyalı ulduz bu mövsüm çox yaxşı oynayıb, bəzi oyunçuların potensialını tam ortaya qoya bilməsinə imkan verməyib. Tardelli əziyyət çəkənlərin sırasında hamıdan əvvəl Dibalanın adını çəkib.

Paolo Dibala Paolo Dibala | Foto: Massimo Pinca / Reuters

İtaliya milli komandasının keçmiş oyunçusu Ronaldonun “Yuventus”dan getmək ehtimalına da münasibət bildirib. Onun fikrincə, belə bir şey baş verməyəcək.

Ronaldo “Yuventus”a gələndən 39 oyunda 26 qol vurub. Bunlardan 19-u A seriyasının payına düşür. Dibala isə 39 görüşdə 10 dəfə fərqlənib.

Son xəbərlər
Bütün xəbərlər »