Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada məktəblərdə şagirdlərə səhər yeməyi verəcəklər

Fransada kasıb ailələrə köməyin daha bir metodunu düşünüblər. Bundan sonra səhər məktəblərdə sosial vəziyyəti ağır olan ailələrin uşaqlarına yemək verəcəklər.

Bizimyol.info xəbər verir ki, bu haqda təhsil naziri Jan-Mişel Blanker və səhiyyə naziri Kristel Dübos danışıblar. Məqsəd sadədir: kasıb ailələrdən gələn şagirdlər dərsə ac başlamasınlar. Məmurlar düşünür ki, belə olan halda uşaqlar tədris prosesinə daha yaxşı köklənə biləcək, yaxşı nəticələr göstərəcəklər. Nazirlər həm də bu üsulla şagirdlər arasında bərabərsizliyi aradan qaldırmağa çalışdıqlarını söyləyiblər.

Bəzi rayonlarda ideyanı həyata keçirməyə başlayıblar. Gələn təhsil mövsümündən tədbir bütün ölkəni əhatə edəcək.

2020-ci ildə dövlət büdcəsində aksiyanın xərcləri 12 milyon avroya çatacaq. Nazirlər deyir ki, səhər yeməyi balanslaşdırılmış və keyfiyyətli olmalıdır. 2017-ci il statistikasına görə, Fransada 8,8 milyon insanın aylıq gəliri 1026 avronu keçmir. Bu isə yoxsulluq göstəricisi sayılır.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
Son xəbərlər
Bütün xəbərlər »