Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçkidə 91 nəfər yorğunluqdan öldü

İndoneziyada ölkə tarixində ən böyük seçkidən sonra 91 nəfər ölüb. Daha bir neçə yüz adamı xəstəxanaya çatdırıblar. Seçki komissiyası üzvlərinin yorğunluqdan öldüyü bildirilir.

Bizimyol.info xəbər verir ki, İndoneziya Mərkəzi Seçki Komissiyasının sədri Arif Budiman gərgin iş rejiminin insanları sıradan çıxardığını etiraf edib. Siyasi tədbirdə iştirak edənlər səhər saat 5-də işə başlayıb, bir neçə gün fasiləsiz, yuxusuz çalışıblar. Komissiya rəhbəri ölənlərin ailəsinə 30-36 milyon rupi (təxminən 2127 dollar) kompensasiya veriləcəyini də deyib.

İndoneziya prezidenti Coko Vidodo ölənləri demokratiya uğrunda mübarizlər adlandırıb. Bu insidentdən sonra seçki komisiyyası üzvlərini daha az yükləmək barədə qərar qəbul edilib.

Seçkidə Mixal Qorbaçov ad-soyadlı namizəd məğlub olub. Ümumilikdə siyasi yarışda 245 namizəd gücünü sınayıb. Ölkə tarixində ilk dəfə eyni zamanda həm prezident, həm vitse-prezident, həm parlamentə deputatlar, həm də yerli icra strukturlarına rəhbər şəxslər seçilirdi.

800 mindən çox seçki məntəqəsi insanları qəbul edib. Nəticələr mayın 22-də açıqlanacaq.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »