Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan dövlətçiliyinə yeni sui-qəsd planları

II yazı

Bu prosesə “5-ci kalon”u təmsil edənlər cəlb olunublar

Dövlət müstəqilliyimizə qovuşduqdan sonra, demokratiya pərdəsinə bürünmüş çoxsaylı Qərb institutlarının analitik qrupları Azərbaycanda peyda oldular. Onların ən çox maraq dairəsində olan məsələ görkəmli dövlət xadimi və keçmiş Sovetlər Birliyinin liderlərindən biri, dərin dövlət təcrübəsi olan, Qərbin və Şərqin siyasi düsturlarının konseptual şəkildə dolanbaclarının bütün çalarlarını dərin zəkası bilən Heydər Əliyevin hakimiyyətə dönüşü idi. Azərbaycana qarşı “5-ci kalon”u formalaşdırmaq üçün “vətəndaş cəmiyyəti” projesini də buna görə tətbiq etməyə başladılar. 1993-1997-ci ildə faktiki olaraq, ölkənin hər qarşısında bu yöndə “Demokratiyanın İnkişafı Fondu” adı ilə miqdarda qrant layihələrinə pullar ayrılırdı. Müxalif KİV-lərə dəstək verilirdi. Bu dönəm Azərbaycanın sosial-iqtisadi durumunun çətin illəri sayılsa da, hakimiyyət addım-addım dövlətimizin mövqelərinin daxili və beynəlxalq standartlara uyğun olması üçün var gücü ilə çalışırdı. Əsas məqsəd daxildən və xaricdən idarə olunan vassal güclərin andidövlət siyasətini neytrallaşdırmaq idi.

“Qrant mafiyası”nın kələklərinin izi ilə

Qərbin bəzi institutları bölgələrdə “regional humanitar yardım” adı altında öz şəbəkələrini qurmağa çalışırdılar. Yunanıstana məxsus missionerlər Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarında “Qafqaz Albaniyası” tarixinin varisləri ideyası ilə yerli əhalinin bir zamanlar xristian olması və buna görə də “qardaş erməni xalqı” ilə uyumulu siyasətə önəm verilməsi tipli təbliğatları aparırdılar. Fransa və Kanadaya məxsus missioner qrupları Cənub bölgəsində, Almaniyanın fondları Gəncə, Gədəbəy, Daşkəsən, Göy-Göl, Şəmkir, Ağstafa və Qazaxda, ABŞ və İsveçin missioner cəmiyyətləri Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabranda, Norveç, İtaliyanın missioner fondları Bakı, Sumqayıt və Abşeronda yarışa girirmiş kimi dərin fəaliyyətlər göstərməyə başladılar. Keçmiş Sovetlər Birliyinin mirası kimi ölkəmizdə “ateizm” siyasətinin içindən çıxanları bu dəfə “kütləvi xristianlaşdırma” proyektinə cəlb etməyə çalışıldı.

Bütün bunları müdrik dövlət başçısı Heydər Əliyev görür, səssizcə dərindən analiz edir və mövcud hədəfləri əsil dövlət olmanın ideoloji təməllərini komandası ilə birlikdə milli iradəyə çevirirdi. Bu, Azərbaycanın milli ənənələrinə və dəyərlərinə sahib çıxmaq konsepsiyası idi. Beləliklə beyinləri yuyulmuş və dolayı yolla “xristianlaşdırılan 5-ci kalon” sosial zümrəsi ideyası iflasa uğradıldı. Halbuki, bu şəbəkənin toruna düşənlərin çoxu müxalifətin dolayı yolla sosial dayaqlarına çevrilməli idilər.

Yaxın Şərqin dini təlimlərinin hədəfləri

Qərb dövlətlərinə məxsus fondlarla yanaşı, Yaxın Şərq ölkələrinin “vəqfləri” (fondlar) də Cənubi Qafqaz masasını quraraq Azərbaycanda özlərinin dərin hədəflərini sərgiləmək siyasətinə baş vurmuşdular. “Dünya Müsəlman Gəncləri Fondu”, “Qətər İslam Xeyriyyə Fondu”, “Emdade Xomeyni Fondu”, “İHH Fondu”, “Məhəmməd əl Dağıstani Fondu”, “Gəncliyə Yardım Fondu”, “İslam İrsinin Dirçəlişi Fondu”, “Əhli Beyt Fondu” və digər strukturlar Azərbaycanda dini missionerlik fəaliyyətləri siyasətini yürüdürdü. Bu fondlar kasıb ailələrdən gəncləri cəlb edərək dini təhsil adı ilə onları xarici dövlətlərə aparırdılar. Beləliklə yaxın gələcək üçün ifrat dindar və radikal çevrələrin yaradılması, “5-ci kalon” siyasətini formalaşdırmaq əsas hədəflərdən biri idi. Bu şəbəkələrə daxil olanlar əsasən 3 qrupa bölünüdülər:

1. Cənub qonşumuz İrandakı bəzi radikal şiə təriqəti qruplarının təsiri altına düşənlər,

2. Fətullah Gülənin liderliyində nurçuluq təlimi ilə hərəkət edənlər,

3. Sələfilik ideyasının şərtləri əsasında özlərinə həyat norması quranlar.

Bu 3 qruplaşmanın ideoloji baxımdan görüşləri fərqli olsa da, nəticə etibarı ilə ölkəmizdə mövcud Konstitusiyanın dəyişdirilərək “şəriət dövləti” qurulması başlıca hədəflərdən biri sayılırdı. Həmin qrulparın nə qədər yalnış yolda olduqlarını tarix və zaman bir daha isbat etdi. Azərbaycan hakimiyyətinin səbrlə bütün bunları vaxtında dəyərləndirməsi, dövlət maraqları üzərində formalaşmış siyasətlə bu qrupların antidövlət ünsürlərə çevrilməsinin qarşısını zamanında ala bilməsi ən böyük uğurlardan biridir. Bu, elə bir dövrə təsadüf etdi ki, Suriya, Misir, Liviya, İraq, Tunis, Əlcəzair, Oman, Sudan, Yəmən və digər Yaxın Şərq ölkələrində təriqətlərə və məzhəblərə bölünmüş cəmiyyətlər əlində silah vətəndaş müharibəsi aparırdılar. Bu ölkələr faktiki olaraq darmadağın olmuşdu. İri şəhərlər, fabrik və zavodlar yerlə yeksan durumuna düşmüşdülər. Milyonlarla insanlar humanitar fəlakət kimi kabusla üz-üzə qalmışdılar. Azərbaycan hakimiyyəti gözlənilən bu fəlakətlərin qarşısında ala bildi. Bu möhtəşəm uğura heç bir müsəlman dövlətində rast gəlinmədi. “5-ci kalon” adı ilə bilinən bu zümrənin nə qədər gerizəkalı olduğu bir daha özünü isbat etdi. Azərbaycan hakimiyyəti bu barədə bircə dəfə də olsun kimsəyə minnət qoymadı.

Azərbaycan dövlətçiliyinə yeni sui-qəsd planları

Bu gün “ Müsəlman Hərəkatı”, “Azərbaycan İslam Partiyası”, “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı”, “Kövsər Cəmiyyəti”, “Əhli Beyt Hərəkatı” və digər cəmiyyətlərin hələ də mövcud olması əslində “5-ci kalon” düsturunun davamı deməkdir.

(ardı var)

Ə.Yusifoğlu

Son xəbərlər
Bütün xəbərlər »