Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan xalqının, dövlətinin səbr kasası hər an daşa bilər” - Deputat

“Ermənistanın baş naziri Nikol Paşinyan anlamalıdır ki, erməni xalqı Qarabağın Azərbaycana qaytarılmasını istəyir.

Çünki sadə ermənilər övladlarının özgə torpağında boş yerə ölməsini istəmədiklərini bildirirlər. Dəfələrlə Ermənistanda hökumət və dövlət binalarının, müdafiə nazirliyinin önündə aksiyalar təşkil ediblər. Bu o deməkdir ki, sadə xalq erməni siyasətçilərindən fərqli düşüncədədir”. Bu fikirləri Modern.az-a açıqlamasında millət vəkili Sona Əliyeva bildirib.

Millət vəkili Nikol Paşinyanın “Qarabağ məsələsini erməni xalqı həll etməlidir. Hər hansı bir hökumət və ya baş nazir yox” fikrini şərh edərkən bildirib ki, Ermənistanın baş nazirinin bu cür sərsəmləməsi onun səriştəsizliyindən irəli gəlir: “O, küçə hərəkatından siyasətə gələn adamdır. Peşəkar siyasi təcrübəsi yoxdur. İxtisasca jurnalistdir, siyasətçi də deyil. Onun bu cür sərsəm bəyanatlar verməsi, bir neçə gün sonra bunu təkzib edəcəyi fikirlər səsləndirməsi də təəccüblü deyil. Paşinyan hələ də anlamır ki, peşəkar siyasətdə xalqın sözünü onun seçdiyi lider deyir. Çünki xalq beynəlxalq siyasətdə öz təmsilçisini seçki yolu ilə seçir. Bütün demokratik dövlətlərdə bu cürdür. Paşinyan bu bəyanatı ilə erməni xalqının seçimini də şübhə altında qoymuş oldu. Əslində gülməli vəziyyətə düşdü. Belə çıxır ki, Paşinyan bir lider kimi özündən əmin deyil. Artıq biz bir neçə dəfə bunun şahidi olmuşuq. İnanın, sabah Azərbaycan Ordusu hücum əməliyyatlarına başlasa, Nikol Paşinyan elə erməni xalqının təzyiqi ilə əl-ayağa düşəcək. Sülh üçün yalvaracaq. Hələ ki, sülh imkanları tükənməyib. Amma Azərbaycan xalqının, dövlətinin səbir kasası hər an daşa bilər. O zaman Paşinyan üçün gec olacaq. Ona görə də Ermənistanın baş naziri yaxşı-yaxşı düşünməlidir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə danışıqlar prosesinə zərbə vuracaq fikirlər səsləndirib. Paşinyan deyib ki, “Qarabağ məsələsini erməni xalqı həll etməlidir. Hər hansı bir hökumət və ya baş nazir yox”. Ermənistanın baş naziri Nikol Paşinyan Yerəvan Dövlət Universitetinin tələbələri ilə görüşündə onu da vurğulayıb ki, “Ermənistan xalqı nə vaxt ki, Qarabağ münaqişəsinin həlli yolunu dəqiq tapsa, o zaman digər formullar asanlıqla yerinə yetiriləcək”.

Son xəbərlər
Bütün xəbərlər »