Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Əsədov: “Müharibə çağrışları etməklə nəsə qazanacağıqmı?!”
Deputatların sülh danışıqları ilə bağlı etirazına parlament rəhbərliyi cavab verdi

Deputat Tahir Kərimli isə Azərbaycanın ərazi bütövlüyü həll olunmadan Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa, Ermənistana səfərinin təşkil edilməsini yolverilməz adlandırıb. Bizimyol.info xəbər verir ki, o Milli Məclisdə çıxış edərkən bu məsələyə toxunub və vurğulayıb ki, ərazi bütövlüyü təmin edilmədən heç bir vəzifəli şəxs sülh danışıqlarına getməməlidir:

“Bu qədər insanlarımız şəhid olub, yaralanıb, hansı sülh danışıqlarına getmək olar?! Xalqları sülhə hazırlamaq nə deməkdir, təslimçiliyə hazırlamaq deməkdirmi, başa düşə bilmirəm. Ermənistan rəhbərliyi deyir ki, bacarırsınız, gəlin, torpaqlarınızı alın, bir qarış da torpaq verməyəcəyik, siz qorxaqsınız. Onlar bizi təhqir edirlər. Əgər onların içərisində bir faiz də sülhə meylli deyilsə, hansı sülhdən danışmaq olar?. Bu konsepsiyanı dəyişmək lazımdır. Ərazi bütövlüyu sözünü işlətmək lazım deyil, elə birbaşa demək lazımdır ki, Azərbaycan unitar dövlətdir, Dağlıq Qarabağ da onun tərkib hissəsidir”.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov qeyd edib ki, emosional çıxışlarla insanları qıcıqlandırmağa dəyməz.: “Real siyasətdən xəbəri olan hər bir şəxs sözünə dəyər verməlidir. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı mövqeyimizi bildiririk. Hər zaman demişik ki, sülh danışıqları aparıla bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir".

Deputat Fərəc Quliyev də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla aparılan danışıqlara etiraz edib: “Torpaqlar azad edilmədən Ermənistanla hər hansı sülhdən söhbət gedə bilməz və ermənilərlə bu cür yumşaq şəkildə davranmaq olmaz. Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan ərazilərini tərk etməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün tədbirləri görür. “Amma biz dünyada tək deyilik. Biz Dağlıq Qarabağda yaşayanların Azərbaycan vətəndaşı olduğunu bildiririk. Erməninin ağılsız bir naziri çıxış edir ki, biz Azərbaycanın torpaqlarını işğal edəcəyik, biz buna o cür reaksya verməməliyik. Ermənistan Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı sazişə xələl gətirmək üçün bu yolla Azərbaycanı təxribata yol çəkməyə çalışır. Burada müharibə çağrışları etməklə nəsə qazanacağıqmı?!.. Əgər biz sülh yolu ilə məsələni həll edə bilirksə, nə üçün müharibəyə çağırışı edək?! niyə də bu yoldan imtina edək. Bu təxribat xarakterli fəaliyyətdir və biz bu təxribatlara getməməliyik. Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çətrçivəsində həllini tapacaq. Bunun başqa yolu yoxdur. Xahiş edirəm, emosional çıxışlar etməyək”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »