Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İŞİD Şri-Lankada 321 nəfərin öldüyü terror aktının məsuliyyətini üzərinə götürdü

İslam Dövləti terror təşkilatı 21 aprel bazar günü Sri-Lankada baş vermiş partlayışların məsuliyyətini öz üzərinə götürüb. Bu barədə "Reuters" agentliyi terroristlərin xəbər qaynaqlarına istinad edərək xəbər verir.

Bizimyol.info xəbər verir ki, son məlumatlara görə, terror aktları nəticəsində Sri-Lankada 321 nəfər ölüb, təxminən 500 nəfər yaralanıb.

Terrorçular partlayışların onlar tərəfindən törədildiyini sübut edən heç bir iz buraxmayıblar.

Sri-Lanka Müdafiə Naziri Ruvan Vicevarden kilsələrdə və otellərdə baş vermiş partlayışların Yeni Zelandiyadakı məscidlərin atəşə tutulmasına cavab olduğunu söyləyib. O, həmçinin bu hücuma görə iki yerli islamçı qrupun məsuliyyət daşıdığını da vurğulayıb.

Məlumatda Şri-Lankanın xüsusi xidmət qurumları terror hücumları ehtimalından xəbərdar ilduğu da yer alıb. Bu barədə Prezident dəftərxanasının rəhbəri, Müdafiə Nazirliyinin katibi Hemasiri Fernando bildirib.

“Bu qədər irimiqyaslı hücumları gözləmirdik. Bu qədər tez zamanda törədiləcəyini də düşünmürdük”, - deyən şri-lankalı rəsmi mütəşəkkil bir dəstənin terror hücumuna hazırlaşması barədə xüsusi xidmət qurumları hökuməti xəbərdar etdiyini də diqqətə çatdırıb.

Şri-Lankanın Səhiyyə naziri Racitha Senaratne də radikal islamçı təşkilat olan “Milli Tövhid Camaatları” qrupunun silsilə partlayışlar törətməyə hazırlaşması barədə şübhələndiklərini qeyd edib. Paytaxt Kolombo şəhərində keçirdiyi mətbuat konfransında R.Senaratne Milli Kəşfiyyatın gözlənilən terror hücumları barədə polis baş müfəttişliyinin öncədən xəbərdar olunduğunu diqqətə çatdırıb: “Aprelin 4-də beynəlxalq kəşfiyyat agentlikləri, daha sonra polis baş müfəttişi hücumlar barədə xəbərdarlıq edilib”, deyə bildirib.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »