Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqlim fəlakəti sürətlənib: Buzlaqların ərimə sürətində artım qeydə alınıb

Alimlərdən ibarət beynəlxalq qrup Qrenlandiyadakı buzların ərimə sürətini hesablayıb və bunu 1972-ci ildən bəri itkilərə nəzər yetirməklə qiymətləndirib. Son onilliklərdə qlobal iqlim dəyişikliyinə görə buzlaqların əriməsi çox sürətlənib.

Bizimyol.info xəbər verir ki, tədqiqatçılara araşdırmaq üçün “Landsat” peykindən çəkilən fotolar kömək edib. Buzlaqların hündürlüyü, ağırlıq qüvvəsi, kütlə balansı haqqında informasiyalar əldə olunub. Məlum olub ki, 70-ci illərdə Qrenlandiyada ildə 47 giqaton buz əriyirdisə, 2000-ci illərdən sonra miqdar xeyli artıb. Bu rəqəm 187 giqatona çatıb.

Qrenlandiya / Foto: Pixabay.com

İndi orada buzlar 50 il əvvəlki ilə müqayisədə 6 dəfə sürətlə əriyir. Qrenlandiya buzlarının əriməsinə görə dəniz səviyyəsi 13,7 millimetr yüksəlib.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »