Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tələbə “Apple” şirkətindən 1 milyard dollar tələb edir - Təhlükəsizlik qalmaqalı

Amerikalı tələbə “Apple” şirkətindən 1 milyard dollar istəyir. O, məhkəmədə bu barədə iddia qaldırıb. Səbəb isə “Apple” mağazalarındakı təhlükəsizlik sistemindəki xəta olub.

Bizimyol.info xəbər verir ki, mağazalardakı sistem xətası üzündən 18 yaşlı Osman Bah “axtarışda olan cinayətkar” kimi təqdim olunub. Onu ötən ilin noyabrında Nyu-Yorkda yaşadığı evdə həbs ediblər. Tələbəyə qarşı “Apple” mağazalarından silsilə oğurluq etmə ittihamı irəli sürülüb.

Həbs qərarında şübhəli şəxsin fotosu da olub. Osman Bah deyir ki, fotodakı adam ona oxşamırdı. Bundan əlavə, cinayət işində bəhs olunan oğurluqlardan biri ötən ilin iyununda “Apple”ın Bostondakı mağazasında baş verib. Halbuki, Bah həmin gün Nyu-Yorkda məzun günü ilə əlaqədar təşkil edilmiş tədbirdə olub.

Tələbənin sözlərinə görə, bu hadisədən öncə o, sürücülük hüququ əldə etmək üçün təlimlərdə ona verilmiş vəsiqəni itirib. Həmin vəsiqədə foto olmayıb. İddiaçının ehtimalına görə, oğru həmin vəsiqədən “Apple” mağazalarında şəxsiyyətin təsdiqi üçün istifadə edib. Nəticədə təhlükəsizlik sistemi səhvən onun adını oğru ilə səhv salıb.

Məhkəməyə təqdim olunan iddia ərizəsində “Apple” ilə yanaşı, mühafizə şirkəti – “Security Industry Specialists” də cavabdeh qismində tanınıb.

Bu şirkətlərin hər ikisi məhkəmə iddiası ilə bağlı şərh verməkdən imtina edib.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »