Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev qurultayda ağladı - Video

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Nur Otan” partiyasının növbədənkənar qurultayının sonunda göz yaşlarına hakim ola bilməyib.

Son çıxışı və Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyinin təsdiqlənməsi üçün keçirilən səsvermədən sonra Nazarbayev kövrəlib.

Qazaxıstana həsr olunmuş mahnını zümzümə edən prezident kameraların obyektivinə göz yaşlarını silən yerdə düşüb.

Zalda olanların hər biri ona dəstək olub, əllərini sıxaraq onu bağırlarına basıblar.

“Gəlin Tokayevi seçək və ona dəstək olaq”, - deyə Nazarbayev qurultay iştirakçılarına müraciət edib.

Qeyd edək ki, qurultayda keçirilən səsvermənin nəticəsində görə, Tokayevin prezidentliyə namizədliyi yekdilliklə təsdiq olunub. (oxu.az)

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »