Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İTV Yayım Şurasına yeni üzvlər təyin edildi
“Yenilik verilişi bir diktorun ayaqüstə, digərinin oturub aparması, studiyanın rənginin dəyişməsi deyil”.

Bizimyol.info xəbər verir ki, bunu parlamentdə deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, özəl telekanallar biznes qurumudur, bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda isə Milli Televiziya və Radio Şurası mövqeyini ortaya qyour, qərarlar qəbul edir.

“İctimai Televiziya isə fərqli bir formatdır və bu telekanalda yenilikər olmalıdır: “İctimai Televiziyada milli, mənəvi sahələrlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəhində olmalıdır. Yenilik milli-mənəvi, səhiyyə, mədəniyyət və başqa mühüm sahələrlə bağlı olmalıdır. Köhnə təcrübədən və yenilərin enerjisindən istifadə etməklə cəmiyyətə normal proqramlar təqdim olumalıdır ”.

Deputat Aqil Abbas isə deyib ki, İctimai Televiziyanı televiziyanın yaradılmasında rolu olan köhnələrin haqqı tapdalanmamalıdır. “Yenilər köhnələrin haqqını tanımalıdırlar. İTV-ni televiziyanın incəliklərini bilən İsmayıl Ömərov kimi peşəkar yaradıb və ona görə tapdamamalıdır. Bəzən nazir dəyişir, ondan 15 il əvvəl işləyən əməyi yada salınmır. İctimai Telveiziyada da əməyi olan insanlar olub”.

Deputat özəl telekanalalrda dərmanların, həkimlərin reklamının yolverilməz olduğunu vurğulayıb: “İctimai Televiziya da hər zaman milli-mənəvi dəyələrə üstünlük verib. Arada bir az qırılma oldu, indi düzəlir. Odur ki, İTV-də inqilabi işlər görənlərın də əməyi yaddan çıxarmamalıdır”.

Müzakirələrdən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən namizədliyi təsdiqlənib.

İTV-nin Yayım Şurasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlının, Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova və İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Qeyd edilib ki, idman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən 6 il müddətinə təsdiq edilməlidir.

Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçiliblər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »