Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Əsədov: “Aİ ilə sazişdə Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb”
“Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan və hazırlanan sazişlə bağlı yersiz fikirlər səsləndirilir”.

Bizimyol.info xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, xaricdəki və daxildəki müəyyən qüvvələr bağlanacaq sazişlə bağlı xalqı çaşdırmağa çalışır. “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və digər yollarla ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycanda aparılan islahatlar həm daxildə, həm də xaricdəki müəyyən qüvvələri narahat edir, müxtəlif ittihamlar irəli sürürlər. Hətta öz aralarında dava salıb, hökumətin üzərinə atmağa çalışırlar”.

Spiker Oqtay Əsədov bildirib ki, Avropa İttifaqı (Aİ) ilə sazişlə bağlı uzun müddətdir iş gedirdi. “Bu sazişdə əsas məqsədlərdən biri o idi ki, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bu sazişdə öz əksini tapsın. Artıq buna nail olmuşuq. Sazişlə bağlı kiçik məsələlərin həlli qalıb və bunlar üzərində işlər gedir”.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sazişin imzalanmasına maneə törədən ermənilərdir. O.Əsədov onu da əlavə edib ki, Azərbaycanın Aİ-nin maliyyə yardımına ehtiyacı yoxdur: “Bizim üçün vacib olan məsələ ərazi bütövlüyümüz və ticari məsələlərdir. Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq və bu, xalqımızın xeyrinə olacaq”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »