Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telman İsmayılovun əmlakı satışa çıxarılır

Moskvanın Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun əmlakı hərracda satılacaq, gəlirlər əsas kreditorlar arasında bölünəcək.

Bizimyol.info xəbər verir ki, hərrac elektron şəkildə keçiriləcək. Moskva yaxınlığındakı Aprelyovka şəhərində, Kutuzovski prospektində İsmayılova məxsus iki mənzil, Moskva vilayətinin Odintsovo rayonundakı iki otaqlıq mənzilləri də satışa çıxaracaq. Skolkovoda golf klubunun tikintisi üçün ayrılmış torpaq sahəsi də həmçinin hərraca təqdim olunur.

Satışdan qazanılan məbləğ Moskvanın keçmiş VTB-yə məxsus "BM-Bank", eləcə də Kipr şirkəti "Sezaria Limited" və "Deutsche Bank" arasında bölünəcək. İflas edən İsmayılov onlara müfafiq olaraq 19,2 milyard rubl, 10,4 milyard rubl və 967 milyon rubl borclu idi.

Moskva hakimiyyət orqanları keçmiş "Çerkizovski" bazarın təyinatını dəyişdirərək məcburi köçkünlərin yerləşdirilməsi üçün yaşayış yerinə çevirdilər.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Telman İsmayılov beynəlxalq axtarışa verilmişdi. Moskva məhkəməsi iki qətl törətməkdə ittiham olunan sahibkarın həbsi barədə qərar verdi. 15 May 2016-cı ildə "Novorijskoye" şosedə "Toyota Land Cruiser"də iş adamları Vladimir Savkin və Yuri Brylevin cəsədləri tapıldı. Cinayət işi ilə bağlı ilkin istintaq zamanı Telman İsmayılovun qardaşı Rafiq və Mehman Kərimov qətlin törədilməsində iştirak etdiklərini etiraf etdikləri bildirilib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »