Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən çox sındırılan parolların siyahısı açıqlanıb

Böyük Britaniyanın kibertəhlükəsizlik milli mərkəzi internet istifadəçilərinin ən çox oğurluğa məruz qaldığı parolların reytinqini tərtib edib. Təşkilatın saytında siyahı təqdim olunub.

Bizimyol.info xəbər verir ki, ən etibarısız parol “123456” sayılır. Böyük Britaniyada 23,2 milyon internet istifadəçisi bundan istifadə edir. Bunun ardınca “123456789”, “qwerty”, “password” və “1111111” gəlir.

Kompüter

Britaniyalılar parol qoyarkən adlardan da çox istifadə edir. 432 min adam “ashley” paroluna üstünlük verib. Bundan başqa, futbol klublarının, musiqi qruplarının, komiks qəhrəmanlarının adları da çoxluq təşkil edib.

Mütəxəssislər beş ildir ardıcıl “123456” formatını ən pis parol adlandırır. Nə qədər xəbərdarlıq olunsa da, bu, populyarlığını itirmir. 2017-ci ildə araşdırma göstərmişdi ki, internet istifadəçilərinin 17 faizi bu paroldan istifadə edir.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »