Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nənəsinin qəbrinin üstünə gül alıb qoymaq üçün maşın yumağa başladı

Böyük Britaniyanın Sanderlend şəhərində yaşayan Eşton Myurrey pul qazanmaq qərarına gəlib. Nənəsini itirən 7 yaşlı oğlan maşın yumaqla gəlir əldə edərək, gül alıb onun qəbrinin üstünə qoymaq istəyirmiş.

Bizimyol.info xəbər verir ki, Eşton yol kənarında karton lövhə qoyub. Ora 7 yaşı olduğunu və bir avtomobili 2 funt sterlinqə yuduğunu qeyd edib. Ona valideynləri də kömək etməyə başlayıb. Atası Toni “Facebook”da şəkil yerləşdirib. İlk 15 dəqiqədə müştəri gözə dəyməsə də, tezliklə Eştonun “obyekt”inin qarşısında növbə yaranıb.

Məktəbli nənəsi Brenda Hasbendin xatirəsini yad etmək üçün 100 funt sterlinq toplayıb. Valideynləri onu pulu gülə xərcləməmək üçün yola gətirməyə çalışıb. Onların fikrincə, Eşton ürəyi istədiyi bir şeyi almaqla nənəsinin ruhunu şad edə bilər. Çünki Brenda sağlığında bundan yalnız zövq alardı.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »