Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank müştərilərinə kompensasiyaların verilməsinə başlanılıb

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, bu gün Unibank müştərilərinə kompensasiyaların ödənişinə başlanılıb. İlk müştərilər artıq kompensasiya məbləğini əldə ediblər.

Kompensasiyaların müştərilərə daha rahat və operativ şəkildə verilməsi üçün Unibank filialları bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib. Filialların iş saatları bu həftə ərzində 1-5-ci günlər saat 20:00-dək, şənbə günü 18:00-dək uzadılıb.

Müştərilərin növbələrdə vaxt itkisinin qarşısını almaq üçün kompensasiya alacaq müştərilərə xidmət növbəlilik prinsipi əsasında aparılır. Müştərilərə göndərilən SMS-lərdə hansı filiala və nə vaxt gəlməsi haqda məlumat qeyd olunur.

Bank mobil nömrəsi işlək olmayan müştərilərdən xahiş edir ki, şəxsiyyət vəsiqələrinin FİN kodunu öz mövcud işlək nömrələrindən SMS vasitəsi ilə 8117 nömrəsinə göndərsinlər. Bütün müştərilərə kompensasiya ödənişlərinin 1 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Unibank- hər kəsin bankı!

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »