Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elinanın anası vəkillə təmin olundu
162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın ölümü ilə bağlı açılan cinayət işinə Vəkillər Kollegiyası dəstək olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Hacıyevanın anası Sevil Hacıyeva özlərinə vəkil tutmaq üçün maddi imkanlarının olmadığını bildirib.

Bundan sonra VK Rəyasət Heyətinin sədri Anar Bağırov valideynləri kollegiyaya çağıraraq onlara pulsuz hüquqi yardım edəcəklərini bildirib. Bu iş üçün onlara bir neçə vəkil köməkliyini təklif edib. Yaxın günlərdə ailə vəkil Emin İsayevlə müqavilə bağlayaraq hüquqi prosedura başlayacaqlar.

Qeyd edək ki, E.Hacıyevanın intiharı ilə bağlı cinayət işi açılıb, hazırda Bakı Şəhər Prokurorluğunda istintaq aparılır. Əldə etdiyimiz məlumata görə, hazırda tək təqsirləndirilən şəxs həmin məktəbin direktoru Sevinc Abbasovadır.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »