Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin qərargahı Yanukoviçin təbrikini qəbul etməyib

Ukraynanın keçmiş prezidenti yeni seçkidə qalib gələn Vladimir Zelenskini sosial şəbəkələrdə təbrik etdib və ona inam bəsləmiş ukraynalıları məyus etməməyi tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, Ukraynanın prezidentliyə namizədi Vladimir Zelenskinin qərargahının nümayəndəsi Dmitri Razumkov bildirib ki, Zelenski komandası keçmiş Ukrayna lideri Viktor Yanukoviçdən təbrikləri qəbul etməyib.

"Kampaniya çərçivəsində belə deyirdilər ki, Zelenskinin komandası rus təbliğatçılarından və Ukraynanın keçmiş məmurlarından dəstək aldı. Biz o dəstək olmadan da qalib gələcəkdik və oların təbriki olmadan da uğurlarımıza doğru gedirik", - deyə qərargah sözçüsü NTV telekanalına verdiyi açıqlamada deyib.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin təbrikləri daha əvvəl sosial şəbəkələrdə nəşr olundu. Zelenskini qələbə münasibətilə təbrik etdi və ona güvənən ölkənin vətəndaşlarının inamını doğrultmağa çağırdı.

Xatırladaq ki, seçki bülletenlərinin 95% -nin nəticələrinə əsasən, Zelenski 73,17% səs toplayıb. Ukraynıların 24,5 faizi isə Petro Poroşenkoya səs verib.

Xatırladaq ki, Kiyev məhkəməsi Viktor Yanukoviçin vətənə xəyanətə və "Ukraynaya qarşı təcavüzkar müharibəyə görə" 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Azərbaycanda atanın törətdiyi qəzada qızı öldü
Son xəbərlər
Bütün xəbərlər »