Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın yeni seçilən prezidenti altı ay işləyə biləcək"

"Növbəti 20-30 il ərzində Rusiya ilə Ukrayna arasında münasibətlərdə heç bir dəyişiklik olmayacaq". LDPR lideri Vladimir Jirinovski partiyasının toplandısında Ukraynadakı prezident seçkilərinin nəticələrinə dair açıqlama verərkən deyib. Bu barədə "RİA Novosti" xəbər verir.

Bizimyol.info xəbər verir ki, LDPR fraksiyası Dumaya Ukrayna seçkilərinin nəticələrini tanımamağı təklif edən qərar layihəsini təqdim etdiyini bildirib. Jirinovskinin sözlərinə görə, partiyanın mövqeyi dəyişməyib, çünki Ukraynanın hakimiyyət orqanları ölkənin cənub-şərqindəki seçiciləri səsvermədən kənarda qoyublar. "Ukrayna tamamilə Birləşmiş Ştatların müstəmləkəsinə çevrilib", - deye o bildirib.

Vladimir Jirinovski Vladimir Jirinovski

Jirinovskinin fikrincə, hazırda qələbəsini bayram etməyə hazırlaşan Vladimir Zelenski əslində iş adamı Vladimir Kolomoyskinin əlində oyuncaqdır və hakimiyyətə nəzarət edəcək Kolomoyski Poroşenko tərəfdarlarını məhv etməyə çalışacaq. Poroşenko da onunla mübarizədən geri çəkilməyəcək. Liberal Demokrat Partiyasının lideri hesab edir ki, gərginlik böyüyəcək və altı ay ərzində Ukraynanın yeni seçilmiş prezidentinin istefası gerçəkləşəcək.

O, hesab edir ki, növbəti 20-30 il ərzində Ukrayna ilə Rusiya arasında münasibətlərin yaxşılaşdırması üçün işlər görülməlidir. Siyasətçinin fikrincə, Ukrayna tamamilə yenidən formalaşdırılmalıdır. "O ərazilərdə yaşayan ruslar da ukraynalıların tərəfindədir və onlar Rusiyaya nifrət edirlər",- deyə Jirinovski çıxışında bildirib.

21 Aprel Ukraynada prezident seçkiləri keçirildi. Yarışın lideri Vladimir Zelenski, ilkin məlumatlara görə səslərin 73 faizindən çoxunu qazanıb.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »