Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah Ankaradan Bakıya ilk təyyarə yola düşəcək

Ankara Ticarət Palatasının prezidenti Gürsel Baran Esenboğa hava limanından Bakıya birbaşa reyslərin açılması haqda danışıb. Palata rəhbəri bunun iki ölkə arasındakı ticarət əlaqələrinin genişləndirilməsinə və inkişafına səbəb olacağını bildirib.

Bizimyol.info xəbər verir ki, Baran Bakıya birbaşa reysin açılmasından məmnunluğunu gizlətməyib. O, nitqində Azərbaycanı döst və qardaş ölkə adlandırıb. Gürsel bəy ilk reyslə uçacağını da əlavə edib.

Gürsel Baran Gürsel Baran

Baran bundan əvvəl Berlinə, Parisə, Vyanaya, Ciddəyə, Mədinəyə, Moskvaya, Londona, Romaya və Tbilisiyə birbaşa xətlərin açıldığını xatırladıb. Sonra yeni reyslərin olacağının da müjdəsini verib.

Baran çıxışında turizmin inkişafını xüsusi vurğulayıb, bunda maraqlı olduğunu açıq ifadə edib. Palata rəhbərinin belə birbaşa reyslərdən gözləntisi böyükdür.

Ankaradan Bakıya və geri həftənin üç günü uçuş olacaq. İlk uçuş sabah həyata keçiriləcək.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »