Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ hökumətindən İrana hücum barədə xəbərlərə reaksiya

ABŞ İrandakı siyasi rejimi hərbi yolla dəyişmək haqda düşünmür. Belə açıqlama ilə dövlət katibi Mayk Pompeo çıxış edib.

Bizimyol.info xəbər verir ki, rəsmi Vaşinqton nümayəndəsi İran-ABŞ cəmiyyətlərinin liderləri arasında görüş zamanı bu haqda danışıb. Pompeoya İran siyasi rejiminin taleyi haqda sual ünvanlanıb. Dövlət katibi “rejimin dəyişdirilməsi” ifadəsindən qaçmağı məsləhət görüb. Bundan sonra bildirib ki, ABŞ İrana hərbi müdaxilə haqda düşünmür. Hətta zarafatla deyib: “Çevriliş imkanı haqda düşünsəydik, bunu sizə söyləyərdim?” Bu ifadəni zalda gülüşlə qarşılayıblar.

Mayk Pompeo Mayk Pompeo

Pompeo bildirib ki, İran milli müqavimət şurası ilə tərəfdaş deyillər. Bu mənada dövlət katibinin mövqeyi ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun fikrindən fərqlənir. Həmin şura İranda bütün müxalifət düşərgəsini birləşdirməklə seçilir.

Pompeo sanksiyalara da eyham vurub. Deyib ki, yeni cəza dalğasının İran xalqına zərbə vurmayacağına zəmanət verə bilməz.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »