Boşanandan sonra Ceff Bezosun maliyyə vəziyyəti sabitliyini itirib. “Amazon” şirkətinin rəhbəri sərvətini heç cür artıra bilmir. Hətta dünən 155 milyon dollar ziyana düşüb.
Bizimyol.info xəbər verir ki, boşanma Bezosa təxminən 35 milyard dollara başa gəlmişdi. Bundan sonra onun sərvəti 116 milyard dollara enib. Keçmiş həyat yoldaşı Makkenzi isə dünyanın ən zəngin adamlarının siyahısında 23-cü yeri alıb. İndi onun 37,4 milyard dolları var.
Bill QeytsBu gedişlə Bill Qeyts birinci pilləni ələ keçirəcək. “Microsoft”un rəhbəri varlanmaqda davam edir. Onun sərvəti 103 milyard dollara çatıb. Son bir sutkada Qeyts 368 milyon dollar varlanıb.
Geridə qalan bir ilin sürpriz ismi Bernar Arnodur. Fransız iş adamı bu müddətdə 23,2 milyard dollar qazanıb. İndi o, 91,8 milyard dollarla üçüncü yerdədir.
Uorren Baffettin 86,4, Mark Zukkerberqin 69,9, Amansio Orteqanın 69,7 milyard dolları var.
Mark Zukerberq / Foto: Wikimedia CommonsDünya tarixində ilk dəfə ən zəngin 500 adamın hamısı 4 milyard dollar həddini keçib.






