Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Türkiyəyə ultimatum verdi

ABŞ-ın demokrat-senatoru Bob Menendez, Türkiyənin Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemləri ilə, beşinci nəsil ABŞ F-35 hərbi təyyarələri arasında seçim etməsi lazım olduğunu söyləyib. Bu barədə "RİA Novosti" xəbər verir.

Bizimyol.info xəbər verir ki, senatorun sözlərinə görə, əks təqdirdə ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək.

"Əgər prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 raket sistemini əldə etmək, alqı-satqını və quraşdırılmasını tələb edirsə, onda mənim əvvəllər (Konqresə) təqdim etdiyim qanun layihəsi əsasında Türkiyəyə sanksiyalar tətbiq olunacaq", - Menendes deyib.

"ABŞ hərbi tərəfdaşına qarşı sanksiyalar tətbiq edilməsini istəmir. S-400 sistemi isə NATO-nun standartlarına uyğun deyil. S-400-in yanında F-35 hərbi təyyarələrinin olması mümükün deyil və bu heç vaxt baş verməyəcək", - deyə senator əlavə edib.

Türkiyə Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edərsə, ABŞ bu ölkəyə F-35 təyyarələri verəcəyi vurğulanıb.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »